Cəmiyyət

“Uşağımın günahkarı tapılsın, cəzalandırılsın” – Özünü yandıran qazinin anası – VIDEO

Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihar edən Elvin Cəfərovun yas mərasimi keçirilir. Ailəni ziyarətə gələnlər Elvinin igidliyindən danışır, ona edilən haqsızlıqdan gileylənirlər. Anası Ruqiyyə Cəfərova isə oğlunu ölümə təhrik edənlərin cəzalandırılmasını tələb edir.

AzToday.az xəbər verir ki, bu barədə “Meydan TV”nin reportajında bildirilib.

“Xahiş edirəm, iyulun 7-si 9-u kiminlə görüşübsə, o sözü kim deyibsə… Mənim uşağımın günahkarını tapsın versin əlimə, vəssalam. Qoy cəzalandırsın”, – R. Cəfərova bildirib.

Elvinin qardaşı Elnur Cəfərov icra başçısının yas mərasiminə buraxılması məsələsinə də münasibət bildirib:

“Nə mənim, nə qardaşımın, nə də nəslimin qanı, pul ilə nə satılıq deyil, nə alınmalıq deyil. Artıq əskik yazmasınlar orda ki, guya icra başçısı mənim anama, mənə pul verib, ona görə həyətə girib. Bu gün mənim qapıma düşmənim də gəlsə, mən onu qovan deyiləm. Çünki mən yaslıyam. Mən onu qovsam, mənim ölümə hörmətsizlikdir.

Qeyd edək ki, Sabirabad rayon prokurorluğunda İkinci Qarabağ müharibəsi veteranı Elvin Cəfərovun intihar etməsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır. O, iyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin binasının qarşısında qarşısında özünü yandırıb.

Bənzər yazılar

Back to top button