Dünya

Ermənistanda hərbi hissədə ölüm hadisəsi baş verib

Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu, 1985-ci ildə anadan olmuş Kristine Çiçyan naməlum şəraitdə ölüb.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölüm bədbəxt hadisə nəticəsində baş verib. Çiçiyan yaralı halda hospitala gətirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Ölüm faktı üzrə cinayət işi başlayıb, araşdırma aparılır.

Bənzər yazılar

Back to top button