Hadisə

Ramiz Mehdiyev AMEA-nın əməkdaşlarını cəzalandıracaq

Rusiya KİV-nin yaydığı məlumata görə, 44 günlük müharibədə Azərbaycanın nəzarət altına aldığı ərazilərdə neft və qaz ehtiyatları barədə informasiya təhrif olunub.

Milli Elmlər Akademiyasından bildiriblər ki, «akademiya prezidentinə qeyri-dəqiq informasiya verdiklərinə» görə, əməkdaşlar cəzalandırılacaqlar.

«Neft-Kimya Prosesləri İnstitutu və Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun məlumatı əsasında dekabrın 11-də akademiyanın rəyasət heyətinin iclasında sözügedən ərazilərdə neft ehtiyatları 200 milyon ton, qaz ehtiyatı isə 250 milyard kubmetr elan olunub. Sonra bu informasiya Milli Elmlər Akademiyasının rəsmi saytında yerləşdirilib və KİV-lər tərəfindən dərc olunub. Bu rəqəmlər ictimaiyyətə məlum olandan sonra, departamentdən ətraflı elmi və statistik arayış istənilib. Elə o zaman da məlum olub ki, həmin informasiya təhrif edilibmiş» – akademiyanın bəyanatında deyilir.

Azpolitika

Bənzər yazılar

Back to top button