Hadisə

Coca-Cola-nın Azərbaycandakı direktoru dəyişdi

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.

Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, “Azərbaycan Coca-Cola Bottlers” MMC Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Coca-Cola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən Coca-Cola İçecek (CCİ) şirkətinin bir hissəsidir. “Coca-Cola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə “Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.

Ölkənin qida sənayesində 30 illik təcrübəyə malik Rəna xanım 1996-cı ildən “Coca-Cola İçecek” şirkətində Keyfiyyətə Nəzarət Meneceri vəzifəsində işə başlayıb və bu müddət ərzində bir sıra rəhbər vəzifələrə təyin edilib. 2018-ci ildən Coca-Cola-nın Azərbaycan və Türkmənistan ölkələrinin Təchizat Sistemləri Direktoru vəzifəsində çalışıraq istehsal, keyfiyyətə nəzarət, planlaşdırma və satın alma, distribütorluq, texniki dəstək, optimallaşdırma kimi təchizat zənciri proseslərinə rəhbərlik edib. Coca-Cola Sisteminin ən uğurlu qadın rəhbərlərindən olan Rəna Məmmədova Bakı Dövlət Universitində mikrobiologiya ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Biologiya üzrə fəlsəfə doktorudur.

Modern.az

Bənzər yazılar

Back to top button