Hadisə

“Nestle Azərbaycan” MMC məcburi auditdən yayındığına görə məhkəməyə verilib

“Nestle Azərbaycan” MMC-yə vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.

Fed.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində Anar İbadzadənin icraatındadır.

Qlobal.az xəbər verir ki, “Nestle Azərbaycan” MMC-nin qanuni təmsilçisi Marat Larullindir.

Şirkətin nizamnamə kapitalı 200.000 ABŞ dolları təşkil edir.

Bənzər yazılar

Back to top button