Cəmiyyət

Havanın soyuyacağı gözlənilir

Həftə sonu Azərbaycanın dağlıq bölgələrinə 9-11 sm yüksəkliyində qar yağıb, bu barədə Ekologiya Nazirliyinin sinoptikləri məlumat yayıb.

Soyuq hava şəraiti 5-7 dekabr tarixlərində davam edəcək. Bu günlərdə Bakıda və Abşeronda yağmur yağacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturu 3-5 dərəcə təşkil edəcək.

Ölkənin regionlarında yağış, dağlarda qar yağacaq. Aran rayonlarında gündüz 5-9 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta olacaq.

Bənzər yazılar

Back to top button