Hadisə

DSX: “Sərhəddə 3,5 milyon manatlıq qaçaqmal saxlanılıb”

Qaçaqmalçılıqla mübarizə fəaliyyətləri nəticəsində ümumi dəyəri təqribən 3 milyon 405 min 367 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları, zinət əşyaları və spirtli içkilər saxlanılmışdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri barədə açıqladığı məlumatda bildirilib.

Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 156 kq 465 qram narkоtik vasitə və 800 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Bənzər yazılar

Back to top button