İqtisadiyyat

Tondan yuxarı qida məhsulları istifadəyə yararsız çıxıb və məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan bəzi məhsullaraı nəzarət tədbirlərini davam etdirir.

Belə ki, “İL” MMC-nin Albaniyadan gətirdiyi 500 kiloqarm marmelad və “Rəmzioğlu Paxlava” MMC-nin Türkiyədən idxal etdiyi 540 kiloqram dondurma məhsulları Agentliyin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun (QTİ) müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan sınaq nəticəsinə əsasən, marmelad nümunələrində kif-maya göbələklərinin, dondurma nümunələrində isə “enterobacteriaceae”nin (bağırsaq çöpü qrupuna aid olan bakteriya) miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun təhlükəli məhsulun gömrük ərazisindən kənarlaşdırılması və məhv olunması barədə qərar qəbul edilib.

Bənzər yazılar

Back to top button