İdman

“Qarabağ” qladiatorlar ailəsidir” – Kevin Medina

“Qarabağ”ın futbolçusu Kevin Medina azarkeşlərə müraciət edib.

Qol.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bu barədə öz sosial şəbəkə hesablarında paylaşıb. O, fanatlara təşəkkür edib və onları komandaya daha çox dəstək olmağa çağırıb:

“Bu klub, şəhər, qladtiatorlar ailəsidir. Verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Gəlin, böyük ailəmiz üçün daha çoxunu edək”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iyulun 19-da “Sürix”lə evdə qarşılaşacaq. Bir həftə sonra isə tərəflər İsveçrədə üz-üzə gələcək.

Bənzər yazılar

Back to top button