İqtisadiyyat

Dövlət Turizm Agentliyi vergi borcu olan şirkəti tenderdə qalib etdi

Dövlət Turizm Agentliyi sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Agentliyin “Şəki şəhərində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “Aşağı Karvansaray” kompleksinin bərpa və əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 318.818 manat təşkil edib.

Satınalmada “TRİUMPH-M” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2003848411) qalib elan edilib.

“TRİUMPH-M” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əhmədli Murad Mahmud oğludur. Nizamnamə kapitalı 10 manat olan “TRİUMPH-M” MMC-nin fəaliyyət profili barədə açıq internet resurslarında məlumat yoxdur.

Dövlət Turizm Agentliyinin qalib elan etdiyi “TRİUMPH-M” MMC-nin hazırda dövlətə 2.532 manat vergi borcu var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin dövlət satınalmasında iştirakı qadağandır.

Bənzər yazılar

Back to top button