Hadisə

Gömrüyün daha bir idarə rəisi haqqında iddialar yayıldı – Polkovnik Abuzər Məmmədov kimdir?

“Gömrüyün növbəti cəzalandırılacaq şəxsinin Məmmədov Abuzər Bağır oğlu olacağı gözlənilir”.

AzToday.az xəbər veirr ki, bu iddianı Ovqat.com saytının rəhbəri Heydər Oğuz Feysbuk-dakı səhifəsində yazıb.

O bildirib ki, Məmmədov Abuzər Bağır oğlu gömrük polkovnikidir:

“Deyilənlərə görə, son zamanlar yuxusunda generallıq rütbəsi aldığını görürmüş. Amma bəxti onda gətirib ki, almayıb. General olmadığına görə, hələlik gözdən yayına bilib. Amma bu xoşbəxtlik müvəqqəti də ola bilər. Söhbət ondan getmir ki, Abuzər müəllim tezliklə generallıq alacaq və dolayısıyla gözə batmağa başlayacaq. Söhbət ondan gedir ki, generallardan sonra növbənin polkovniklərə gələcəyi təxmin olunur. Abuzər müəllim də yuxarıda da qeyd etdiyimiz kimi polkovnikdir.

Məmmədov Abuzər hazırda Gömrük Komitəsinin İnfrastruktur İnkişafi İdarəsinin rəisi vəzifəsini icra edir. Gömrükdə son zamanlar aparılan bütün tikinti maxinasiyaları bu adamın əli ilə hıyata keçirilib və indi də elədir.

O, 14 may 1972-ci ildə anadan olmuşdur.

1989-cu ildə məktəbi fərqlənmə ilə bitirmişdir.

1989-cu ildə Memarlıq və İnşaat Universitetinin “İnşaat” fakultəsinə daxil olmuş, 1994-cü ildə həmin fakultənin “İnşaat mühəndisi” ixtisasını bitirmişdir.

1994-cü ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, 1996-cı ildə ordu sıralarından təxris olunmuşdur.

1996-cı ildən 2009-cu ilədək özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır.

21 aprel 2009-cu il tarixində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə gömrük orqanında xidmətə qəbul olmuşdur.

21.04.2009-cu ildən 01.02.2011- ci ilədək gömrük orqanında böyük inspektor, şöbə rəisi əvəzi , 01.02. 2011-ci ildən 06.09. 2018-ci ilədək Dövlət Gömrük Komitəsinin Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsinin əsaslı tikinti şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

06.09.2018- ci ildən 01.04.2019-cu ilədək İnfrastrukturun İnkişafı İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.

01.04.2019-cu il tarixdən İnfrastrukturun İnkişafı İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülmüş, Fəxri Fərmanlarla təltif edilmişdir.Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2017-ci il tarixil əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir. Üç övladı var”.

Bənzər yazılar

Back to top button