Dünya

Karen Donfrid Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü yüksək qiymətləndirib

Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında bildirib.

Karen Donfrid tərəflər arasında birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bənzər yazılar

Back to top button