İdman

Levandovski Xavinin onu necə inandırdığını açıqladı

“Bayern Münhen”dən “Barselona”ya keçəcəyi dəqiqləşən Robert Levandovski Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin onu komandasına keçməyə necə inandırdığını açıqlayıb.

Fanat.az xəbər verir ki, “Bild” polşalı forvardın söylədiklərini belə çatdırıb:

“Xavi mənə bir yerdə işləyəcəyimiz halda, qazana biləcəyimiz uğurlardan danışdı. O, “Barselona”nın baş məşqçisi qismində zirvələrdə olmaq üçün xüsusi plan hazırlayıb. Bura mükafatlar qazanmaq üçün gəlmişəm. Bilirəm ki, tezliklə 34 yaşım olacaq. Ancaq özümü fiziki və mental cəhətlərdən hazır sayıram”.

Qeyd edək ki, “Barselona” və “Bayern” 33 yaşlı Levandovskinin transferi ilə bağlı razılığa gəldiklərini açıqlasalar da, hücumçu hələ yeni klubu ilə münasibətləri rəsmiləşdirməyib.

Bənzər yazılar

Back to top button