Sağlamlıq

Baş ağrısı nə vaxt təhlükəli xəstəlikdən xəbər verir – Həkim açıqladı

N.N. Bloxin adına araşdırma Klinik və Eksperimental Radiologiya İnstitutunun baş həkimi Ekaterina Kobyakova kiçik bir işemik insultun baş ağrısı altında maskalana biləcəyini söyləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə “AiF” məlumat yayıb. Onun dediyinə görə, işemik insult halında ağrı hisslərini lokallaşdırmaq olduqca çətindir. O zaman əzələ zəifliyi meydana gələ və hər hansı bir hərəkət çətinləşə bilər.

“Bundan başqa, apatiya, başgicəllənmə, qan təzyiqində artımlar, tinnitus və yaddaşın pozulması baş verə bilər”, – Kobyakova deyib.

Mütəxəssisə görə, baş ağrısı bədxassəli və xoşxassəli beyin şişlərinin əlaməti ola bilər ki, bu şiddətli ağrılar da adətən səhər ortaya çıxır”, – həkim bildirib.

Hər hansı bir xəbərdarlıq simptomu görsəniz, dərhal həkiminizə müraciət etməlisiniz.

Bənzər yazılar

Back to top button