Cəmiyyət

Azərbaycanda koronavirusla bağlı yeni qərarlar verilə bilər – RƏSMİ

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, məlumatda koronavirusla bağlı vəziyyətə uyğun adekvat qərarlar verilə biləcəyi qeyd olunub:

“Proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.

Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.

Bənzər yazılar

Back to top button