Bizim seçimCəmiyyətİqtisadiyyatManşet

Dövlət qurumları maşınlarını satır: “Hunday Sonata” 2350 manat, “Mersedes Benz” isə…

Bir neçə dövlət qurumu balansında olan nəqliyyat vasitələrini satışa çıxarıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, 2 oktyabr tarixində bu məqsədlə hərrac təşkil edəcək.

Hərraca ümumilikdə 5 avtomobil çıxarılıb. Özəlləşdirmə üçün Bakı Şəhər İcra Hakimiyyəti 1, Mərkəzi Bank 2, Nazirlər Kabineti də 2 avtomobil təqdim edib.

Hərraca təqdim edilən ən bahalı avtomobillər Nazirlər Kabinetinin BMV-730 markalı avtomobilləridir. Avtomobillərdən biri 10.500 manata, digəri isə 11.250 manata özəlləşdirməyə çıxarılıb.

BŞİH-i hərraca QAZ-31029 təqdim edib. Qiyməti isə cəmi 600 manatdır.

Mərkəzi Bank isə hərraca iki fərqli markalı avtomobil təqdim edib. “Hunday Sonata” üçün ilkin start qiymət 2.350 manat, “Mersedes Benz” (Sprinter 314) üçün isə ilkin satış qiyməti cəmi 7.500 manat müəyyən edilib.

Bənzər yazılar

Back to top button