Siyasət

Sərhədin delimitasiyası üzrə Azərbaycan-Ermənistan Komissiyasının iclası avqustda keçiriləcək

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə komissiyaların görüşü avqustda Moskvada keçiriləcək. Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi Ermənistan İctimai televiziyasının sorğusuna cavabda bildirib.

Mənbənin məlumatına görə, tərəflər görüşün konkret tarixini müzakirə edirlər.

Azərbaycan tərəfi hələlik bu komissiyaların iclasının tarixi və yeri haqqında şərh verməyib.

Xatırladaq ki, bu komissiyaların iclası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında nəzərdə tutulub.(Turan)

Bənzər yazılar

Back to top button