Dünya

Satanovski koronavirusun yeganə faydasını açıqladı

“Yoxsa ki, heç kim koronavirus haqda nə yazar, nə danışar və yaxud indi qəbul edilən qərarların heç biri qəbul edilməz, onu sadəcə qrip kimi qəbul edərdilər”.

Qaynarinfo xəbər verir ki, bu sözləri “Yaxın Şərq İnstitutu”nun prezidenti, politoloq Yevgeni Satanovski koronavirus üzündən yarnacaq qlobal böhranla bağlı hiss etdiklərini dilə gətirərkən deyib.

Satanovski dünyanın isteriya qapıldığını qeyd edib. Boşanmaların və məişət zorakılığı hallarının sayı artıb. İnsanlar işlərini itirəcək deyə əsəb keçirirlər. Dar məkanlarda yaşamaq psixikamızı sıxır. Hamı stress içindədir. Xof və fobiya güclənib. Bir əyalətdən olanlar o biri əyalətdən olanları bəyənmir, ancaq onlar birlikdə milyonluq əhalisi olan paytaxt və şəhərlərin sakinləridir.

Hamısı da öz hökumətlərinin fəaliyyətini tənqid edir. “Sərt karantin və onun olmamasına görə tənqid edirlər, qadağalara görə tənqid edirlər və heç özləri buna əməl etmirlər…” – Satanovski deyir. Ancaq eyni zamanda, qadağalara da çoxu əməl etmir. Müxtəlif dini məzhəblərin nümayəndələrinin bir-birinə hücumu başlayıb. Bir-birlərini guya “bəlalara” səbəb olan “günahkar” həyat tərzi keçirməkdə ittiham edirlər. Varlıları da, kasıbları da nifrət bürüyüb. “Kasıbların cəmiyyətin yuxarı təbəqəsi olan, villalarda yaşamasıyla öyünən axmaq varlıları görən güzləri yoxdur”, – politoloq qeyd edib.

Satanovski hesab edir ki, pandemiya insanların əsil simasını və əsil təbiətlərini üzə çıxarıb. Ancaq bu epidemiyanın bir faydası da var: “Bütün zamanlarda olduğu kimi, ehtiras və faciələrlə gübrələnmiş zəmin üzərində mütləq bir sıra istedadlı ədəbiyyat və incəsənət əsərləri yaranacaq”.

Bənzər yazılar

Back to top button