Dünya

İranda 4,4 bal gücündə zəlzələ

İranın cənubunda yerləşən Hörmüz vilayətində 4,4 bal gücündə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb. Təkanlar vilayətin Bəstək rayonunda, yerin 20 kilometr dərinliyində yerli vaxtla saat 15:01-də qeydə alınıb.

Dağıntı və itkilərlə bağlı hələlik məlumat yoxdur.

Bənzər yazılar

Back to top button