Hadisə

Azərbaycanda 308 min işsiz insan var – RƏSMİ

Bu ilin iyul ayının 1-nə olan məlumata görə Azərbaycanda 308,2 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 6 ay ərzində ölkədə işsizlərin sayı 7,5 min nəfər azalıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 334,3 min nəfər olub, onlardan 5 milyon 26,1 min nəfərini məşğul əhali təşkil edib.

Azərbaycanda işsizlərin sayı son 18 ildə ən yüksək səviyyəyə ötən ilin əvvəlində çatıb.

Bənzər yazılar

Back to top button