Cəmiyyət

Xərçəng hüceyrələrinin ən güclü düşməni olan qidalar – Siyahı

Dövrümüzün ən qorxunc xəstəliklərin biri də xərçəngdir.

Ölkə.az bildirir ki, xərçəngin qarşısını almaq üçün ana təbiət bizə bəzi çarələr təqdim edir. Xərçəng hüceyrələrinin əsas düşməni olan qidaların siyahısını oxucularımızla bölüşürük.

1.Spirulina yosunu

Tərkibi B, E, K vitaminləri və beta karotenlə zəngindir. Tərkibində olan dəmir və maqnezium əsasən döş xərçəngi hüceyrələrinin inkişafının qarşısını alır.

2.Sarıkök

Sarıkök təbiətdə olan ən güclü anti-oksidant sayılan maddə ilə zəngindir. Sarıkök anti-inflamatuvar təsiri ilə xərçəng hüceyrələrinin qarşısını alır.

3.Yaşıl çay

Yaşıl çay damar sistemi hüceyrələrinə təsir edir, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

4.Üzüm

Üzümün tərkibi anti-oksidantla zəngindir. Xüsusən də bağırsaq xərçəngi hüceyrələrinin inkişafının qarşısını alır.

5.Sarımsaq

Sarımsağa qoxu və dad verən alisin maddəsi dünyanın ən güclü anti-oksidantıdır.

6.Turp

Brokoli, kahı, turp kimi tərəvəzlər orqanizmdə həzm olanda xərçəng hüceyrələri ilə mübarizə aparır. Eyni zamanda bu qidalar vitamin və minerallarla da zəngindirlər.

7.Pomidor

Pomidorun tərkibindəki lekopen maddəsi xərçənglə mübarizə aparır.

8.Göbələk

Xərçəngə qarşı təsiri olan 50-dən çox göbələk növü aşkar edilib. Qeyd etmək lazımdır ki, tibb elmində 5000 ildən çoxdur ki, göbələkdən istifadə edilir.

9.Zəncəfil

Zəncəfilin də anti-inflamatuvar təsiri var və xərçəng hüceyrələrini azaldır.

Bənzər yazılar

Back to top button