Mədəniyyət

Yaponiyalı pianoçunun Bakı səfəri anşlaqla keçdi

Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində yubiley konserti keçirilib.

Aztoday.az xəbər verir ki, Yaponiya səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutan konsertdə yaponiyalı məşhur piano ifaçısı Nakamura Tempei çıxış edib. Tamaşaçılar qarşısında Yaponiyanı və dünyadakı aktual məsələləri əks etdirən unikal musiqi parçaları ifa edib. Pianoçunun konsertin sonunda Azərbaycan Dövlət Himninin ifasını tamaşaçılar alqışlarla qarşılayıb və birgə ifa ediblər.

Qeyd edək ki, Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsertlə çıxış edib.

Bənzər yazılar

Back to top button