Siyasət

Dövlət Departamenti: ABŞ Azərbaycan-Ermənistan danışıqlarında fəal rol oynayır

Bazar ertəsi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında öz rolunu təsdiqləyib.

“Biz fəal rol oynayırıq və hər zaman bəyan etmişik ki, bu ölkələrə uzunmüddətli və hərtərəfli sülhü tapmağa kömək etmək üçün ikitərəfli əsasda və həmfikir- tərəfdaşlarımızla birlikdə, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində qarşılıqlı fəaliyyətə hazırıq”,- Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinq zamanı Turan-ın sualına cavabında bildirib.

Son həftələr dövlət katibi Blinkenin Xarici İşlər nazirliklərindəki həmkarları ilə ünsiyyətdə olmaq imkanı olub. “Dövlət katibinin köməkçisi Karen Donfrid və Dövlət Departamentinin digər nümayəndələri də erməni və azərbaycanlı həmkarları ilə yüksək səviyyədə ünsiyyət qurmaq imkanları əldə ediblər”,- Prays deyib.

“Biz bu görüşü alqışladıq və əvvəlkitək hesab edirik ki, dialoq Cənubi Qafqaz regionu üçün dinc, demokratik və çiçəklənən gələcəyə nail olmaq üçün ən yaxşı vasitədir”,-Prays Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Bənzər yazılar

Back to top button