Siyasət

ABŞ Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı anlaşma Memorandumunu alqışlayır

Bazar ertəsi Vaşinqton Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı anlaşma Memorandumunun imzalanmasını alqışlayıb. Sənəd 2027-ci ilə qədər Azərbaycan təbii qazının idxalının ildə 20 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.

“ABŞ ümumilikdə Azərbaycan və Avropa İttifaqı arasında enerji üzrə danışıqları dəstəkləyir və qarşılıqlı anlaşma haqqında Memorandumun imzalanmasını alqışlayır”, – Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqton müxbirinə bildirib.

Bazar ertəsi keçirilən brifinqdə Turan-ın müxbiri Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysa sual verib ki, ABŞ Azərbaycanın Rusiya ilə sıx münasibətlərini, eləcə də insan hüquqları sahəsindəki vəziyyəti nəzərə alaraq, onu etibarlı enerji tərəfdaş hesab edirmi?

“Aydındır ki, biz Avropa İttifaqı üzrə müttəfiqlərimizlə, eləcə də regionda Azərbaycan da daxil olmaqla, enerji təhlükəsizliyi məsələsi üzrə digər tərəfdaşlarımızla çox sıx əməkdaşlıq edirik. Biz uzun müddət stabil qlobal enerji təchizatını görmək istəyirik. ABŞ və Avropa İttifaqı bunun üzərində çox sıx işləyirlər. Biz Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrilə ikitərəfli əsasda bunun üzərində çox sıx əməkdaşlıq edirik “, – Prays cavabında deyib.

Bənzər yazılar

Back to top button