Dünya

“Sülh siyasi impotentlərin qışqırması ilə deyil, bizim şərtlərimizlə olacaq”

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildiirb ki, “xüsusi hərbi əməliyyat” zamanı Rusiya Ukraynada bütün məqsədlərinə nail olacaq.

Bizimyol.info xəbər verir ki,o bu barədə teleqram kanalında yazıb. “Və sülh heç bir halda Avropada və xaricdə çaşqın siyasi impotentlərin qışqırması ilə deyil, bizim şərtlərimizlə olacaq”,- deyə o qeyd edib.

Eyni zamanda Medvedev Amerikanın Ukraynaya silah tədarük etməsinə baxmayaraq, bunun baş verəcəyinə əminliyini ifadə edib. O, əlavə edib ki, bu silahlar artıq dünyanın müxtəlif yerlərində müxtəlif cinayətkarların əli ilə “geniş və əsaslı şəkildə yayılır” və ABŞ-ı beynəlxalq terrorizmin sponsoruna çevirir.

Medvedevin fikrinc, gələcəkdə bu “çürük silah planı”nı araşdırmaq üçün xüsusi mexanizm yaratmaq lazım gələ bilər. Anti-Rusiya sanksiyaları dövründə Avropa külli miqdarda pul xərcləyib. Bu yaxınlarda Ukraynanın baş naziri Ukraynanın bərpası üçün nə az, nə çox, 750 milyard dollar tələb etmişdi.

Xatırladaq ki, iyulun 17-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Krıma hücum olacağı təqdirdə Ukraynanı “qiyamət günü” ilə hədələyib. “Orada vaxtaşırı ortaya çıxan ayrı-ayrı qanlı klounlar da bizi təhdid etməyə çalışırlar. Əgər belə bir şey olarsa, onların hamısı üçün çox sürətli və ağır “məhkəmə günü” gələcək. Bunu gizlətmək çox çətin olacaq”,- deyə Medvedev yazıb.

Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da Tvitter hesabında bu açıqlamaya reaksiya verib. “Müasir Rusiyanın portreti Dmitri Medvedevin kimisə “qiyamət günü” ilə hədələməsidir. Tarixin unudulmuş, ciddi və qorxulu görünməyə çalışan, amma əslində yalnız təəssüf hissi doğuran kiçik bir insanı…”,- deyə Podolyak yazıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button