DünyaSiyasət

Kanada Aİ-nin Ermənistandakı müşahidə missiyasına qoşulub

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini təsdiqləyib.

Bu, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarında əks olunub.

Komitə bunu əhəmiyyətli hesab edir.

“Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”, deyə qərarda bildirilir.

Qərar qəbul olunduğu gündən qüvvəyə minir.(Turan)

Bənzər yazılar

Back to top button