Hadisə

Nazirin qardaşı oğlu və polkovnik qəzada öldü – Naxçıvanda

Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Bizimyol.info xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mercedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi, nömrəsi hələki bəlli olmayan minik avtomobilləri toquşub.

Nəticədə “Mercedes” markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin Nizami Hissə rəisi, Polkovnik Mirnemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mercedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur. Polkovnik Eminov isə Naxçıvanda kifayət qədər məşhur bir hərbçi idi.

Bənzər yazılar

Back to top button