Siyasət

İrəvan bu istiqamətdən savaşa başlayacaq – Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)

Fransa Azərbaycana qarşı ildırımsürətli müharibə planı hazırlayıb.

Bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Həftə” analitik-informasiya proqramınm üəllifi və aparıcısı Rövşən Məmmədov bildirib.

Aparıcı Fransa və Ermənistanın hazırladığı hücumun istiqamətini açıqlayıb: “Hücum qəfil olmalı və Cermuk istiqamətindən reallaşdırılması planlaşdırılıb”.

R.Məmmədov qeyd edib ki, Avropa ölkələrinin agentləri sərhədlərimizi keçməyə çalışır: “Fransa Milli Jandarma İdarəsinin generallarından biri Ermənistan ərazisindən bizim sərhədlərimizə yaxınlaşaraq binoklla müşahidə aparıb. Nədir, müharibəyə hazırlaşırsınız? Deyə bilərsiniz ki, “Xeyr”. Lakin biz deyirik, “Bəli”. Əks halda Fransa intensiv şəkildə Ermənistanın silah arsenalını artırmağa çalışmazdı, rəsmi Paris bu ölkədə yeni xarici kəşfiyyat xidməti yaratmazdı. Əks halda Avropa İttifaqı Azərbaycanın hərbi texnikası və canlı qüvvəsinin döyüş hazırlığı ilə bağlı hesabatlar hazırlamazdı və ya Avropanın agentura şəbəkəsinin üzvləri bir-birinin ardınca Azərbaycanın sərhədlərini keçməyə çalışmazdı”.

Bənzər yazılar

Back to top button