İdman

Laporta “Barselona”nın növbəti transfer hədəflərindən danışdı

“Barselona”nın prezidenti Joan Laporta transfer bazarında fəallığı ilə seçilən Kataloniya klubunun hansı mövqeyə transfer edəcəyini açıqlayıb.

Fanat.az xəbər verir ki, TUDN onun söylədiklərini belə çatdırıb:

“Müdafiə xətti üzərində işləməyin zamanı yetişib. Baş məşqçimiz Xavi bizi bir yox, bir neçə müdafiəçiyə tərəf yönləndirib. Ümid edirəm ki, yeni transfer hədəflərimizin heyətə qatılmasına birlikdə sevinəcəyik”.

Xatırladaq ki, bu yay azad agent statusu daşıyan Andreas Kristensen və Frank Kessye ilə müqavilə bağlayan “Barsa” “Bayern Münhen”dən Robert Levandovskini, “Lids”dən isə Rafinyanı alıb.

Bənzər yazılar

Back to top button