ManşetSiyasət

Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilir.

Xatırladaq ki, Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 28-dən ABŞ-da səfərdədir.

Səfər zamanı nümayəndə heyətinin “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Bənzər yazılar

Back to top button