Hadisə

İcra başçısı Coşqun Cəbrayılova arxalanan şirkət vergidən necə yayınıb? – FOTOFAKT

Bir müddət öncə sakinlərə yarımçıq bina təhvil verdiyi üçün etirazlara səbəb olan “Vesta construction” MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, tikinti şirkətin bu günə qədər olan borcu 350 min manata yaxındır (342732.25 AZN)

Nizamnamə kapitalı 5 AZN olan “Vesta construction” MMC-nin qanuni təmsilçisi Zeynal Fərhad oğlu Zeynalovdur. sözügedən şirkət 19.10.2012 tarixində dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən bina ilə bağlı etirazlar var idi. Belə ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb.

Hətta iddiaya görə, şirkətin rəhbərliyi sakinlərə “Arxamızda Nizami Rayon İcra Hakimiyyəti dayanır” deyibmiş. Lakini sudan quru çıxmağa çalışan şirkət rəhbərliyi deyilənlərin əsassız olduğu ilə bğlı açıqlama yaymışıdı.

Bənzər yazılar

Back to top button