İdman

Ronaldo Mayorqa ilə intim yaxınlığın detallarını açıqladı

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo amerikalı Ketrin Mayorqa ilə intim əlaqənin detallarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu istintaqa ifadəsinin stenoqramını “Spiegel” nəşri yayımlayıb. Ronaldo istintaqa ifadəsində bildirib ki, Ketrin intim yaxınlıq üçün özünü əlçatan etsə də, bir neçə dəfə bunu istəmədiyini deyib.

Futbolçunun sözlərinə görə, 5-7 dəqiqə davam edən cinsi akt zamanı Ketrin qışqırmayıb. Baş verənlərdən sonra Ronaldo ondan üzr istədiyini bildirib.

Futbolçunun vəkili isə “The Sun”a açıqlamasında bütün ittihamları rədd edib: “Ronaldo göstərilən qanun pozuntularındakı bütün ittihamları qəti şəkildə rədd edir. Özündə guya Ronaldonun ifadələrini ehtiva edən və mətbuatda yer alan bütün sənədlər uydurmadı”.

Bu arada Ronaldonun anası Doloreş Aveyru da oğlunun müdafiəsinə qalxıb.O, bu barədə öz “Instagram” səhifəsində yazıb: “Baxmayaraq ki, sən məndən uzaqdasan, hər şey qaydasında olacaq. Allah böyükdü”.

Qeyd edək ki, 34 yaşlı amerikalı model Ketrin Mayorqa Ronaldonu ona qarşı cinsi təcavüz etməkdə ittiham edərək məhkəməyə verib. Onun bildirdiyinə görə, hadisə 2009-cu ildə Las-Veqasda olub. Bildirilir ki, 2010-cu ildə qız futbolçunun nümayəndələri ilə işin üstünün açılmaması üçün 375 min dollar müqabilində saziş imzalayıb. Lakin sentyabrda o, KİV-in dəstəyi ilə cinsi təcavüzə məruz qaldığını elan edib. Sonradan Las-Veqas polisi Ronaldonu sözügedən iş üzrə dindirilməyə çağırmağa hazırlaşdığını bildirib.

Bənzər yazılar

Back to top button