GündəmManşetSiyasət

“Qarabağ Azərbaycanın daxili məsələsidir” – Hikmət Hacıyev

“Qarabağ Azərbaycanın daxili məsələsidir”.

Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Bakı İrəvanla mövcud məsələlərin sülh yolu ilə həllinə köklənib.

“Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik”, – H.Hacıyev vurğulayıb.

O qeyd edib ki, Azərbaycan nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək.

“Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”, – Prezidentin köməkçisi qeyd edib.

“Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu müzakirə mövzusuna çevirmək cəhdləri regionda davamlı sülhə nail olmaq baxımından əks nəticə verir”, – H.Hacıyev əlavə edib.

Bənzər yazılar

Back to top button