Hadisə

Binəqədi təcridxanasında Tofiq Yaqublunun hüquqları pozulur

Vəkil Nemət Kərimli bazar ertəsi Binəqədidə İnzibati Qaydada Həbs Olunanların Müvəqqəti Saxlanılması Məntəqəsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya baş çəkib.

Vəkilin sözlərinə görə, Yaqublu özünü normal hiss edirdi, amma həbsi ilə əlaqədar aldığı müalicəni dayandırmaq məcburiyyətində qalıb.

Yaqublu ona evdən gələn bağlamaların məhdud sayda buraxılmasından şikayətlənib. Bundan başqa, o, həbs edilmiş narkomanlarla birlikdə saxlanılır.

Ona əynini dəyişmək üçün verilən paltarları da məhdudlaşdırıblar, dəsmal buraxmayıblar. Nəhayət, ona ailə üzvləri ilə görüş verilmir.

Öz növbəsində Yaqublunun qızı Nigar Həzi atasına qarşı yeni cinayət işi hazırlanması ehtimalı olduğunu bildirib.

Bənzər yazılar

Back to top button