GündəmManşetSiyasət

Qarabağda Rusiya sülhməramlıları ilə insident

Azərbaycan hərbiçiləri Ağdamda Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb. Bu barədə çərşənbə günü axşam hökumətyönlü KİV-lər məlumat yayıb. Turan Agentliyi hərbi mənbələrdən bu məlumatın təsdiqini alıb.

Bir zirehli maşın və 3 “Ural” avtomobilindən ibarət karvan Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edirdi. Yoxlama zamanı maşınlardan birinin yük bölməsində beş ədəd Kalaşnikov avtomatı aşkar edilib. Bundan sonra karvan geri göndərilib. Maşınların haradan gəldiyi və başqa nə daşıdığı açıqlanmayıb.

Azərbaycanın Müdafiə Nazirliyi bu hadisə ilə bağlı şərh vermir.

Rusiya sülhməramlılarının 19 iyul tarixli xəbər bülletenində deyilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında pozuntu qeydə alınmayıb.

Bənzər yazılar

Back to top button