Dünya

Lloyd Ostin: Ukraynaya kollektiv dəstək vacib və təcilidir

ABŞ-ın müdafiə naziri Lloyd Ostin çərşənbə günü bildirib ki, Vaşinqton bu həftə Ukraynaya əlavə dörd yüksək hərəkətli “HIMARS” artilleriya raket sistemi göndərəcək.

“Biz Ukrayna Silahlı Qüvvələrinə uzunmüddətli dəstək vermək üçün yeni yollar tapmağa davam edəcəyik”, – Ostin bildirib.

“Bizim köməyimiz həqiqətən də vəziyyəti dəyişir və Ukrayna qüvvələri Moskvanın məqsədlərinə mane olur”, o deyib.

Ostinin sözlərinə görə, Putin öz hərbi gücünü daim yüksək qiymətləndirir və Ukrayna xalqının gücünü və beynəlxalq ictimaiyyətin iradəsini aşağı qiymətləndirir.

“Bu, münaqişənin kritik mərhələsidir və buna görə də Ukraynanın kollektiv dəstəyi həyati əhəmiyyət kəsb edir. ABŞ və onun müttəfiqləri Ukraynaya özünü müdafiə etmək üçün təhlükəsizlik yardımı göstərməyə davam edəcəklər”, o vurğulayıb.

Ostinin sözlərinə görə, Ukrayna ona verilən silahlar sayəsində real irəliləyiş əldə edib. “Ukrayna Qara dənizdəki Rusiya donanmasına qarşı ona təqdim edilən “Harpun” sistemlərindən əla istifadə edib. Məhz bu sistemlər Ukraynaya Zmeiniy adasını geri qaytarmağa kömək etdi”, o bildirib.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button