Dünya

Azərbaycan və Rusiya xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizini müzakirə ediblər

İyulun 20-də Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzalanan üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa, Bayramov və Lavrov regionda nəqliyyat və tranzit məsələlərini, xüsusilə Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsinin vacibliyini müzakirə ediblər, məlumatda deyilir.

Xatırladaq ki, bir gün əvvəl Tehranda Rusiya prezidenti Vladimir Putin məhz bu layihənin mümkün qədər tez işə salmaq zərurətindən danışmışdı.

Bənzər yazılar

Back to top button