Dünya

Gürcüstanda parlament seçkilərində 66 partiya iştirak edəcək

Gürcüstanda parlament seçkilərində iştirak edəcək partiyaların qeydiyyat prosesi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

MSK-da 66 partiya qeydiyyata alınıb. Seçkilərdə iştirak hüququ əldə etmək üçün komissiyaya ümumilikdə 78 partiya müraciət edib, onların 12-si qeydiyyatla bağlı imtina cavabı alıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Bənzər yazılar

Back to top button