Bizim seçimGündəmManşetSiyasət

Mehman Hüseynova dəstək aksiyasında jurnalistlər saxlanılıb

Cümə axşamı günorta saatlarında bir qrup fəal tərəfindən həbsdə olan bloqçu Mehman Hüseynovun aclıq aksiyası keçirməsinə dəstək nümayiş etdirmək üçün Neftçilər metrosu yaxınlığında etiraz yürüşü keçirilib.

Etiraz yürüşü keçirənlərdən və onu işıqlandıran jurnalistlərdən “ona yaxın adam” saxlanılıb.

Bu barədə BBC News Azərbaycancaya saxlanılan jurnalistlərdən biri, Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı BBC News Azərbaycancaya bildirib ki, araşdırma aparıb sabah məlumat veriləcək.

“Aksiyada partiya fəalları da var idi, partiya mənsubiyyəti olmayanlar da. Polis hamısını saxlayıb zorakı şəkildə Nizami rayonu 24-cü polis bölməsinə apardı. Saxlanılanlar arasında həyat yoldaşım Əfqan Sadıqov və başqa jurnalistlər də var”, – Sevinc Sadıqova belə deyib.

Onun sözlərinə görə, jurnalistlər Sevinc Vaqifqızı, Nurlan Qəhrəmanlı və başqa səxlər də var.

Sevinc Sadıqova bildirib ki, polis bölməsindən həyat yoldaşı barədə məlumat almaq istəsə də ona heç bir informasiya verilməyib.

Rəsmi qurumlar hələ ki, aksiya və saxlanılanlar barədə məlumat yaymayıblar.

Mehman Hüseynov kimdir?

Həbs müddətinin bitməsinə bir neçə ay qalmış Mehaman Hüseynova cəzaçəkmə müəssisəinin işçisinə zor tətbiq etməklə bağlı yeni cinayət işi açılıb.

Həbsdə olan Mehman Hüseynov ittihama etiraz olaraq 8 gündür ki, aclıq aksiyası keçirir.

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunub.

Bloqçu bu ittihamları qəbul etməyib.

Onun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.

Bənzər yazılar

Back to top button