Dünya

Putin Ərdoğanı 50 saniyə gözlədi – VIDEO

Xəbər verdiyimiz kimi, iyulun 19-da Tehranda Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü şərçivəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

Yeniavaz.com xəbər verir ki, görüşdən əvvəl Putinin türkiyəli həmkarını gözləməsini əks etdirən görüntülər mediada gündəmə çevrilib.
Belə ki, Putin görüş otağına Ərdoğandan əvvəl gəlib və təqribən 50 saniyə ərzində həmkarının gəlişini gözləyib.

Qeyd edək ki, Vladimir Putin görüşlərə gecikməsi ilə məşhurdur. O, müxtəlif vaxtlarda Roma papası Fransisk, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, Birtaniya kraliçası II Yelizaveta və digərləri ilə görüşlərə gecikib. Rusiya liderinin hətta bəzi görüşlərə bir neçə saat gecikdiyi də bildirilir.

Bənzər yazılar

Back to top button