Siyasət

Prezident üçtərəfli görüş barədə Putinə məlumat verdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

AzToday.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.
Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.

Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.

***13:56

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

AzToday.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı konkret məsələlərin həlli, regionda dinc həyatın bərqərar olması və sabitliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokunun açılması diqqət mərkəzində saxlanılıb”, – məlumatda qeyd edilib.

Həmçinin ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın bəzi aktual aspektləri müzakirə edilib. Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da dərinləşdirmək üçün qarşılıqlı münasibət təsdiq edilib.

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdirilməsi razılaşdırılıb.

Bənzər yazılar

Back to top button