İqtisadiyyat

Kəmaləddin Heydərovun bacanağının şirkəti ilə bu MMC arasında mübahisə

“Azsığorta” ASC tikinti şirkəti olan “Belıy Lebed” MMC-ni məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərminə Əhmədovanın icraatındadır.

Məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdir.

“Belıy Lebed” MMC 1997-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Kərimov Nurəddin Kərim oğludur.

Mediada “Belıy Lebed” MMC barədə neqativ materiallara rast gəlinir. Həmin materiallarda şirkətin vətəndaşları aldatdığı, satdığı mənzillərə görə əlavə ödəniş tələb etməsi və s. bu kimi faktlar yer alıb.

“Azsığorta” ASC-yə gəlincə, şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

“Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Bənzər yazılar

Back to top button