AnalitikaBizim seçimDünyaİqtisadiyyat

Dünyanın ən güclü ölkələri neftlə bağlı razılığa gəldilər

Dünya ümumi milli məhsulun 85% -i və dünya ticarətinin 75% payına malik “Böyük iyirmilik” ölkələri aprelin 10-da “neft bazarında sabitliyin təmin edilməsi üçün bütün zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi” barədə razılığa gəliblər. Bundan öncə eyni zamanda G20-ə daxil olan OPEK+ formatının iyirmidən çox ölkəsi cümə axşamı hasilatın azaldılması üçün konkret mərhələ və kvotalar barədə razılığa gəliblər.

G20 ölkələri Energetika Nazirliyi rəhbərlərinin qərarı axşamdan keçmiş “Brent” neftinin etalon növünün $22/barelə (ilin əvvəli üçün göstəricidən təxminən üç dəfə az) qədər azalması fonunda kommünike şəklində qəbul edilib, lakin analitiklərin çoxu hesab edirlər ki, katolik Pasxasından sonra neft ticarəti üzrə dünya meydançalarının açılışı zamanı neftin qiyməti arta bilər.

“Hətta OPEK+ və G20 razılaşmaları pis yerinə yetirilsə belə, bu razılaşmalar çox vacibdir və bazar üçün mühüm əhəmiyyəti olacaq”, – WoodMackenzie nümayəndəsi Anna-Luiza Hittl hesab edir.

IHS eksperti Markit Rocer Divan qeyd edib ki, “nəhayət, reallıq və praqmatizm gəldi və tərəflər 7-da 2008-2009-cu illərin maliyyə böhranı zamanı olduğundan 7 dəfə çox azalmaya getdilər”.

Bundan əlavə, ABŞ prezidenti Donald Tramp öncələr təzyiq göstərdiyi OPEK ilə, nəhayət, əməkdaşlıq etməyə başlayıb və aprelin 9-da OPEK+, aprelin 10-da G20 ilə videokonfransın birbaşa vasitəçisi olub və çoxdankı tərəfdaşı, hazırda G20-yə sədrlik edən Səudiyyə Ərəbistanını dəstəkləyib.

Bundan əlavə, Tramp hiyləgər gediş edərək bildirib ki, Meksikanın öhdəliklərinin bir hissəsini öz üzərinə götürməyə hazırdır. Belə ki, Meksika OPEC+ çərşivəsində 350-400 min b/s azalma barədə təklifə razılaşmayıb, yalnız 100 min b/s haqda danışıb ki, bu da OPEK+ tarixi razılaşmasını təhlükə altına ala bilərdi.

OPEC + çərçivəsində sərt öhdəliklər götürmək istəməyən ABŞ aprelin 10-da bildirib ki, Meksikanın tövsiyə etdiyi öhdəliklərdən 250 min b/s öz üzərinə götürəcək, Trampın sözlərinə görə, bunun qarşılığında “ABŞ Meksikaya kömək edəcək və “daha sonra bunu etməyə hazır olduqda bizə kompensasiya edəcək”.

Enerji bazarı üzrə ərəb ekspert Anas əl-Hacı öz Tvitterində qeyd edib ki, bu vəziyyəti anlamaq üçün Meksikada əsas NEZ-lərin kimə məxsus olduğunu yada salmaq lazımdır.

Qeyd etmək lazımdır ki, Şimali Amerikada hasilat həm neftin qiymətinin çökməsinə görə, həm də təbii şəkildə azalır. Belə ki, ABŞ-da hasilat 2020-ci ildəki 13 mln. b/s-dan 11-10 mln. b/s-ə qədər enə bilər.

ABŞ və Kanada 9-10 aprel məsləhətləşmələri zamanı öz hökumətləri səviyyəsində hasilatı məhdudlaşdıran qərarların qəbuluna nail olmayıblar, lakin qeyd ediblər ki, həm ABŞ-da, həm də Kanadada özəl neft şirkətləri kapital xərclərini miqyaslı şəkildə azaldırlar və yardıma ehtiyacları var.

Bundan öncə Kanada deyirdi ki, öz neft hasilatını maksimum 0,5 mln. b/s azalda bilər.

Qeyd edək ki, Böyük Britaniya aprelin 10-da məsləhətləşmələr zamanı bildirib ki, dünya neft bazarında durum o qədər də təhlükəli deyil, lakin sonda dünya üzrə neftin qiymətinin stabilləşməsi işində öz addımları barədə düşünməyə razılaşıblar.

OPEK-ə və G20-yə daxil olmayan Norveç də hasilatın bir az azaldılması barədə düşünməyə razılıq verib.

Qeyd edək ki, dünyada neftə tələbat təxminən üçdə bir qədər azalıb, belə ki, dünyanın bir çox iri iqtisadiyyatları dayanmaq məcburiyyətində qalıb, koronavirusun yayılmasına mane olmağa çalışırlar.

Nəticədə neftin qiyməti 18 il ərzində ən aşağı səviyyəyə düşüb, bununla yanaşı, neft təklifi tələbi üç dəfə üstələyib, ümumi vəziyyət energetika sektorunda və iqtisadiyyatın bir sıra digər sahələrində milyonlarla işçi yerinə təhlükə yaradır.

Bu fonda dünyada üç iri neft istehsalçısı – ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı itirilmiş neftin yerini doldurmaq üçün fəaliyyətlərini koordinasiya etmək qərarına gəliblər.

Rusiyanın energetika naziri Aleksandr Novak aprelin 10-da bildirib ki, “G20-nin rolu həmin səyləri və OPEK+ səylərini hərtərəfli dəstəkləməkdən ibarətdir”.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman cümə günü axşam Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti ilə danışıb və bildirib ki, tərəflər neft istehsalçıları arasında əməkdaşlığın vacibliyini təsdiqləyiblər.

Bununla yanaşı, aprelin 10-da G20 ölkələrinin energetika nazirlərinin ekstren onlayn görüşündə Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fatih Birol qeyd edib ki, “heç kim neft hasil edən ölkələr tərəfindən razılaşdırılmış tədbirlər neftin dünya qiyməti üzrə çevik həlli təmin edir fikri ilə özünə təsəlli verməməlidir”.

“Lakin ölkələrin hərəkətləri mart ayında neft bazarında yaranmış və indiyə qədər davam edən disbalansı aradan qaldırmağa və əyrini düzəltməyə kömək edəcək”,- F.Birol deyib.

Cümə günü neft treyderləri skeptik əhval-ruhiyyədə olublar, hesab edirlər ki, tədarükün azalması hər hansı sövdələşmədən asılı olmayaraq baş verəcək, çünki dünyada neft anbarları (ümumi tutumu 1,2 mlrd. bareldən yuxarı) artıq mütləq doldurulmaya yaxındır.

Bundan əlavə, əgər hasilatı azaltsaq və quyuları dayandırsaq, gələcəkdə bəzi yataqların texnoloji xüsusiyyətləri nəzərə alınmaqla bu quyuları yenidən işə salmaq çətin olacaq.

Vəd edilmiş azalmalar üzrə ən mürəkkəb dövr 2020-ci ilin may-iyun aylarında nəzərdə tutulur və yayda OPEK+ üzrə yeni sövdələşmənin effektivliyinin ən vacib təhlili olacaq.

“G20 ölkələri 2020-ci ilin sentyabrında yeni koronavirus pandemiyasının təsirini və enerji bazarında vəziyyəti müzakirə etmək barədə razılığa gəliblər, lakin zərurət yaranarsa görüş daha erkən keçiriləcək”, – G20 ölkələri enerji qurumları rəhbərlərinin iclasının yekunlarına dair kommünikedə bildirilir.

Nazirlər həmçinin neft bazarının monitorinqi ilə məşğul olacaq koordinasiya qrupu yaratmaq barədə razılığa gəliblər. Xatırladaq ki, G20 energetika üzrə virtual konfrans OPEK+ ölkələrinin növbədənkənar görüşündən dərhal sonra baş tutub. Bu ərəfədə hasilatın 2 il müddətinə birgə azaldılmasına dair razılığa gəlmişdilər.

Mayın 1-dən OPEK+ ölkələri hasilatı ümumilikdə 10 mln. b/s azaltmalı olacaqlar (RF və Səudiyyə Ərəbistanı bu həcmin yarısını öz üzərinə götürürlər), iyuldan sonra kvota azalacaq.

OPEK ABŞ, Kanada, Braziliya və Norveçin səyləri ilə “Böyük iyirmilik”in iri neft ixracatçılarından hasilatın heç olmasa 5 mln. b/s azalmasını gözləyirdi, ancaq nəticədə onlar üzrə kvotaya aydınlıq gətirilməyib.Təəccüblüdür, lakin 10 aprel danışıqlarında pandemiyanın neft bazarına necə təsir etməsinə dair qiymətləndirmələrdə fikir ayrılıqları da əngəl olub.

OPEK-in səsləndirdiyi rəqəmlər G20 konfransında hamını inandırmayıb və bəzi Avropa ölkələri vəziyyəti dramatikləşdirməmək üçün kommünikenin yekun mətnində ritorikanın yumşaldılmasına tərəfdar olublar.

Bu, qəribədir, belə ki, dünya neft hasilatının 70%-ə qədəri və istehlakının 80% -i G20 ölkələrinin payına düşür.

Lakin vacib addım o olacaq ki, may-iyun aylarında OPEK+ səyləri ilə bazardan 10% neft təklifi qaldırılacaq və bu, “qara qızıl”ın qiymətini bir qədər artıra bilər ki, bir çox dövlətlərin, o cümlədən Azərbaycanın büdcəsi bundan asılıdır. (Turan IA)

Bənzər yazılar

Back to top button