DünyaSiyasət

On minlərlə insan nümayişə başladı: Trampın impiçmenti tələb edildi

Amerikanın bir sıra şəhərlərində ABŞ prezidenti Donald Trampın impiçmentini dəstəkləyən aksiyalar keçirilib.

Qaynarinfo xəbər verir ki, şəhərlərdə keçirilən aksiyaları CNN canlı yayımla yayıb.

İmpiçmenti xüsusilə, Los Anceles, Las Veqas, Filadelfiya, Nyu York və Boston sakinləri dəstəkləyib. Mitinq iştirakçıları Trampın hakimiyyətdən uzaqlaşdırılmasına çağıran plakatlar qaldırıb. Ölkə daxilində on minlərlə insan nümayişlərdə iştirak edib.

Qeyd edək ki, çərşənbə günü Nümayəndələr Palatasında impiçment prosesi çərçivəsində Trampa qarşı iki maddə üzrə səsvermə keçiriləcək. Demokratlar Ağ Ev rəhbərini hakimiyyətdən sui-istifadə etməkdə və ABŞ Konqresinin araşdırmasına mane olmaqda ittiham edirlər.

17 dekabrda tamamlanmış sorğuya əsasən, Donald Trampın seçicilər arasında reytinqi xeyli artıb. Respondentlərin 43%-i Amerika liderini dəstəkləyir.

Bənzər yazılar

Back to top button