Hadisə

Şeyxin müavini gəlinini məhkəməyə verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı keçmiş gəlini Ülviyyə Cavadlını məhkəməyə verib.

AzToday.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Q.Cavadlı qardaşının keçmiş həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib.

Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası iyulun 27-də baş tutacaq.

Qeyd edək ki, Qəmər Cavadlının qardaşı Lətif Cavadlı ötən il dünyasını dəyişib. O, Ülviyyə Cavadlı ilə 2019-cu ildə boşanıb. Tərəflər arasında mülk mübahisəsinin olduğu bildirilir.

Bənzər yazılar

Back to top button