Hadisə

Sumqayıt məktəbindəki rüşvət iddiası təsdiqini tapdı

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbi bitirən şagirdin valideyninə səs atılaraq attestat və digər işlərlə bağlı pul tələb edilib. Müəllimə aid olduğu iddia edilən səs yazısında digər şagirdlərdən də eyni məbləğdə pul tələb olunur.

AzToday.az APA-ya istinadən xəbər verir ki, səs yazısındakı iddialarla bağlı dərhal Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.

Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bənzər yazılar

Back to top button