Hadisə

Bu il 13 prokurorluq işçisi cəzalandırılıb – Rəsmi

2022-ci ilin birinci yarımilində 13 prokurorluq işçisi cəzalandırılıb

Bu barədə Baş Prokurorluğun Geniş Kollegiya İclası zamanı bildirilib.

Məlumata görə, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.

Bənzər yazılar

Back to top button