Hadisə

“Bravo”nun işçisi Mərkəzi Bankda yüksək vəzifəyə təyin olundu – Dosye

Azərbaycan Mərkəzi Bankının İnsan resurları departamentinə yeni direktor təyin olunub.

Yeniavaz.com xəbər verir ki, bu vəzifə Oksana İsmayılovaya həvalə olunub.

Məlumat üçün bildirək ki, Oksana İsmayılova daha əvvəl – 2017-2021-ci illərdə ölkənin ən böyük supermarketlər şəbəkəsi olan “Bravo”da İnsan resurları və inzibati direktor rəhbəri olub. Bundan əvvəl isə – 2013-2017-ci illərdə “Baksell” şirkətində İnsan resurları departamentinə rəhbərlik edib. 1977-ci ildə anadan olan Oksana İsmayılova Bakıda 29 saylı orta məktəbdə oxuyub. 1994-98-ci illərdə Xarici Dillər Universitetində təhsil alıb. 1998-2003-cü illərdə Milli Aviasiya Akademiyasında, 2009-211-ci illərdə İngiltərənin Nottinqem Trent Universitetində təhsil alıb.

Qeyd edək ki, “Bravo” supermarketlər şəbəkəsi “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti ev 153-də yerləşən “Azərbaycan Supermarket” MMC-yə məxsusdur.

Hazırda Mərkəzi Banka rəhbərlik edən Taleh Kazımov da daha əvvəl “Paşa Holdinq”ə bağlı olan “Paşa Bank”ın İdarə heyətinin sədri olub.

Onu da qeyd edək ki, bu gün Mərkəzi Banka baş direktor təyin olunan Gülər Paşayeva da daha əvvəl “Paşa Bank”da Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru olub.

Bənzər yazılar

Back to top button