İqtisadiyyat

İraq iş adamları Azərbaycanda səfərdədir

İraqın iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Bağdad Ticarət Palatasının İdarə Heyətinin üzvü Alaa Nurun başçılıq etdiyi biznes nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşüb.

AzToday.az xəbər verir ki, görüş əsnasında tərəflər İraq və Azərbaycan iş adamları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan Əl-Mamori görüşdə qarşılıqlı fayda əldə etmək üçün hər iki ölkədə ticarətin və investisiyaların stimullaşdırılmasına çağırıb.

Səfər çərçivəsində qonaqların Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sumqayıt Texnologiyalar Parkı və bir sıra yerli şirkətlər ilə görüşü nəzərdə tutulub.

AzToday.az

Bənzər yazılar

Back to top button