Cəmiyyət

Baş həkimə TƏBİB-də yüksək vəzifə verildi

Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev yeni vəzifəyə təyin edilib.

AzToday.az Modern.az-a istinadla xəbər verir ki, Mübariz Ənvər oğlu Ağayev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin cənub ərazi bölməsi üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, M.Ağayev bu təyinata qədər Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. O həmçinin Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədr müavinidir.

Bənzər yazılar

Back to top button